Bakıdakı "BBC News Azərbaycanca”nın ofisi bağlanır.
Azərbaycanda “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın - FƏALİYYƏTİ DAYANDIRILIR
FED.az xəbər verir ki, bu barədə BBC-nin bu gün yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilib ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib. (Apa)