Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “X”ə rəqib olaraq yerli və milli sosial media platforması yaradıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Next Social” adlanan yeni platformada xəbərlər, texnologiya, həyat və gündəm kimi sahələr yer alacaq.
Bildirilir ki, “Teknofest” sahibkarları tərəfindən hazırlanmış platforma istifadəçilərə reklamsız, senzurasız və interaktiv təcrübə təklif edir. Burada məzmunu mətn, şəkil, video və sorğu formatlarında paylaşa və digər istifadəçilərlə əlaqə saxlanıla bilər.