Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşlara kreditlərin verilməsi ilə bağlı dələduzluq reklamları barədə xəbərdarlıq edir: təcavüzkarlar elektron poçt və messencerlər vasitəsilə fişinq göndərişləri yaymaqla “sürətli və sərfəli kredit” imkanı təklif edirlər.
Fırıldaqçılar “X”də tanınmış brendlərin adından “mavi işarə” əldə edir və istifadəçilərdən pul qoparırlar
FED.az xəbər verir ki, həqiqətən də, “Kaspersky”nin sorğusuna görə*, onlayn fırıldaqçılıqla qarşılaşan respondentlərin 38%-i qeyd edib ki, təcavüzkarlar özlərini bank və ya hansısa maliyyə təşkilatının işçiləri kimi təqdim ediblər.
Ümumilikdə, respondentlərin 44%-i sorğu zamanı onlayn fırıldaqçıların onlara və ya yaxınlarına ötən illə müqayisədə bu il daha tez-tez hücum etdiklərini qeyd ediblər. Eyni zamanda, bir il əvvəl populyarlıq üzrə birinci yeri özlərini banklar, maliyyə təşkilatları və məşhur brendlərin nümayəndələri kimi təqdim edən dələduzlar bölüşüblər, həmin vaxt onların adı səsləndirilən cavabların payı 27% olub. İndi bank və maliyyə təşkiları fırıldaqçılar üçün birinci sırada gələn "sevimli" maskalanma vasitəsidir. Təcavüzkarın tələsinə düşən sorğu iştirakçılarının yarıdan çoxunun (57%) bu barədə öz banklarına şikayət etməməsi də maraq doğurur.
Bank nümayəndələrinin qeyd etdiyi kimi, bu gün ən çox yayılmış dələduzluq sxemi sosial mühəndislikdir. Fırıldaqçıları məğlub etmək və pulunuzu qorumaq üçün ilk növbədə sayıqlıq və maliyyə savadlılığı köməyinizə çatacaq.
“Müştəri yalnız şəxsi məlumatlarını təcavüzkarlara təqdim etdiyi zaman onların qurbanı ola bilər. Sadə təhlükəsizlik qaydaları ilə pula qənaət edə və fırıldaqçıların müdaxiləsinin qarşısını almaq mümkündür: naməlum insanlara etibar etməyin, bankdan gələn SMS-ləri diqqətlə oxuyun və üçüncü şəxslərin tələbi ilə şəxsi cihazlarınızda naməlum tətbiqlər quraşdırmayın. Bank işçiləri heç vaxt sizdən hesablarınızdan pul çıxarıb əlavə, guya “təhlükəsiz” hesablara köçürməyinizi və ya kuryerlərə verməyinizi tələb etməz. Müştərilərin pulları yalnız müştərinin özünün əvvəllər bankda fiziki olaraq açdığı hesabda saxlanılır. Ona görə də istənilən halda rəsmi əlaqə məlumatlarından istifadə edərək banka zəng edib məlumatları həmişə təkrarən yoxlamağınızı tövsiyə edirik”, - deyə VTB Bankın (Azərbaycan) informasiya təhlükəsizliyi departamentinin rəhbəri Elvin Sədirov qeyd edir.
“Şəxsi pul yığımları hər bir insanı narahat edən məsələdir. Bunu bilən təcavüzkarlar zənglərində bank mövzusunun arxasında gizlənməkdən çəkinmirlər. Bu cəhd sosial mühəndislik üsulları ilə tamamlandıqda, bu cür saxta sxemlər daha da işlək hala gəlir. Bir insan dələduzluqdan şübhələnə bilər, lakin çox vaxt “qəpik-qəpik yığdığı” pullara görə narahatlığı sağlam düşüncəyə qalib gəlir. Biz vətəndaşları nəinki banka özləri müraciət edərək məlumatları təkrarən yoxlamağa, həm də təcavüzkarların, məsələn, fişinq e-poçtları şəklində onlayn həyata keçiridikləri “bankçılıq” sxemlərinə inanmamağa çağırırıq. Əgər messencerdən gələn e-poçt və ya mesajda sizdən linkə keçid edərək şübhəli əməliyyatları dayandırmaq üçün kart məlumatlarınızı daxil etməyiniz istənilirsə, dərhal əl saxlayın. Son cihazınızda quraşdırılmış etibarlı təhlükəsizlik həlli əlavə təhlükəsizlik sığortanız olacaq”, - deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əlavə edir.
* Sorğu “ERA Marketing Center” araşdırma şirkəti tərəfindən 2022-ci ilin dekabrında “face-to-face” (üzbəüz) üsulu ilə Bakı (200 anket), Gəncə və Sumqayıt (hər birində 50 anket) şəhərlərinin 0-17 yaşlarında övladları olan sakinləri arasında keçirilib. Sorğuda ümumilikdə 300 respondent iştirak edib.