Dekabrın 3-6-da Bakıda keçiriləcək “Bakutel-2019” sərgisində İtaliyanın İKT sahəsindəki bir neçə şirkəti iştirak edəcək.
FED.az xəbər verir ki, Azərbaycan-İtaliya Ticarət Palatası ITAZERCOM və İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə dəvət olunan şirkətlər İtaliyanın İKT, “Aerospace” və “Cyber Security Innovation” sahələri üzrə yeniliklərini ölkəmizdə tanıdacaqlar.
Eləcə də bax: “Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi
Beynəlxalq sərginin məqsədi həmişə olduğu kimi əməkdaşlığı genişləndirmək və gücləndirmək, xarici istehsalçılar və yerli alıcılar arasında işgüzar əlaqələri inkişaf etdirmək, qurumlar və iri yerli şirkətlərlə birbaşa münasibətlər yaratmaq, ölkənin bu sahədəki potensialını təmsil etməkdir.
Azərtac