“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.
DVX “Məlhəm LTD” şirkətinin rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.
Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir. (Apa)