Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis
VƏZİFƏ BORCLARI:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Xəstəlik vərəqlərinin doldurulması;
- İşçilərin icbari sığortası və aylıq yenilənmələrin aparılması;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunu aparmaq
- İşçilər barədə məlumat bazasına yenilik və dəyişikliklərin daxil edilməsi;
- Maliyyə departamentinə və İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
İXTİSAS TƏLƏBLƏRİ:
- Ali təhsili;
- İnsan resursları sahəsində 5 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).
- Komandada işləmək bacarığı;
- 1C (7.7., və ya8.3.)-də iş təcrübəsi mütləqdir.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Mövzü" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.