Şöbə: İRD
Vəzifə: İnsan Resursları üzrə baş mütəxəssis
Kimə məruzə edir: Departament Direktoruna
VƏZİFƏ BORCLARI:
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• üzrə hesabatları tərtib edir.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
İXTİSAS TƏLƏBLƏRİ:
• Ali təhsili;
• İnsan resursları sahəsində 5 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).
• Komandada işləmək bacarığı;
• 1C (7.7.,8.3.)-də iş təcrübəsi mütləqdir.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.
|