Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Suleyman Əhmədova həvalə olunub.
Eləcə də bax: Məlumat Hesablama Mərkəzinin baş direktoru vəzifəsindən - Azad Edilib
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir. (Report)