Azərbaycanda ən bahalı mobil telefon nömrələrinin qiyməti məlum olub.
FED.az araşdırma qrupu Bakıda nömrə satışı məşğul olan müvafiq saytlara nəzər salaraq bəzi mobil telefon nömrələrinin qiymətini araşdırıb.
Məlum olub ki, ən bahalı mobil nömrələr “Azercell” mobil rabitə operatonuna məxsus nömrələrdir. Bu operatorun nömrələrinin qiyməti bəzən 40 min manatdan çoxdur. Xüsusən də 211 prefiksi ilə başlayan nömrələrin qiyməti daha bahadır.
Qiymət baxımından sonrakı yeri “Bakcell” şirkəti tutur. Araşdırmanın nəticəsinə görə, bakcel operatouna məxsus ən bahalı nömrə 20 min manat dəyərindədir.
Ən ucuz nömrələr isə “Azerfon” (nar) mobil operatorunun nömrələridir. Nar ticarət nişanına məxsus ən bahalı nömrə 3 min manatdır.
FED.az həmin nömrələrin qiymətini təqdim edir: