2017-ci ilin mart ayından etibarən Bakı şəhərinin əsas park və xiyabanlarında “Pulsuz Wi-Fi” xidmətinin təşkilinə başlanılıb.
FED.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, turist axınının daha çox qeydə alındığı yay aylarında “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı daha çox olub. Bu rəqəm gün ərzində 10 minə yaxın olub. Qoşulma sayı 6 milyona yaxındır.
Bakının təqribən 20 parkında “İctimai WiFi” istifadəyə verilib. Belə olan halda Paytaxtın qonaqların və sakinləri hansı parklarda pulsuz internetə çıxış əldə edə bilərlər?
Dənizkənarı Milli Parkda
Dövlət Bayraq Meydanında
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində
Bakı bulvarının “Ağ şəhər” ərazisində
“Sahil bağı”da
Heydər Əliyev Mərkəzinin parkında
“Xaqani” bağında
“Sabir bağı” nda
“Axundov bağı”nda ,
“Qış parkı”nda,
“Zabitlər bağı”nda
“Hüseyn Cavid” parkında,
“Səməd Vurğun”bağında
“Muğan” bağlarında,
“İzmir” parkında,
“Nərimanov” parkında
“Fashion Avenue” parkında
“Dədə Qorqud” parkın da
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir ki, "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”) tərəfindən əhalinin pulsuz internetlə təminatı “İctimai İnternet” layihəsi çərçivəsində reallaşdırılıb.
Dünya təcrübəsi nəzərə alınaraq “Pulsuz Wi-Fi” xidməti də genişzolaqlı (yüksəksürətli) internet şəbəkəsi kimi istifadəçilər arasında bərabər paylanıb. Eyni zamanda, heç bir sürət həddi tətbiq olunmayıb. İstifadəçi qoşulduğu andan etibarən 1 saat ərzində pulsuz internetdən maneəsiz yararlana bilir. Eyni istifadəçi gün ərzində 3 dəfə pulsuz xidmətdən faydalanmaq imkanına malikdir.
“Pulsuz Wi-Fi” xidmətindən istifadə etmək üçün müxtəlif konfiqurasiyalı mobil cihazın “Wi-Fi” siyahısından “Baktelecom”u seçib uyğun xanaya mobil nömrəni yazaraq, SMS-lə gələn şifri müvafiq xanaya daxil edib internetə qoşulmaq mümkündür.
Bakida pulsuz wi-fi zonaları haradadır? - YERLƏR, SİYAHI
11:59
10 Okt 2018