Bakıda əhalinin mağaza və ticarət mərkəzlərinə gəlməsinin qarşısını almaq üçün endirim kampaniyaları qadağan edilib.
Eləcə də bax: İş adamı: «Müştərilərimiz 80% azalıb, dövlətdən dəstək istəyirik»
Bu barədə FED.az-a ticarət sektorunda çalışanlar bildirib.
FED.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ticarət mərkəzlərinə və mollara görülməsi lazım olan profilaktik tədbirlər haqqında icarədarlara təlimat paylayıb.
Təlimatda əsasən koronavirusdan qorunmaq üçün personalın dezinfeksiya tədbirləri əksini tapıb.
Bundan başqa, uşaq əyləncə zonalarının fəaliyyətinin dayandırılması; ərzaq satışı ilə məşğul olan obyektlərin evlərə ərzaq çatdırılması xidmətlərinin işə salınması; kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafədə saxlanılmaqla təşkil edilməsi və sair əksini tapıb.
Amma təlimatın maraqlı hissəsi ticarət obyektləri ilə bağlıdır. Əvvəla, bütün obyektlərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Halbüki NK-nin təlimatlarında saat 21-dək işləmək qadağası yalnız restoran və kafelərə aid idi.
Bundan başqa, təlimata görə, Belə ki, insanları ticarət və alış-veriş mərkəzlərinə getməyə təşviq edən endirim və digər aksiyalar qadağan edilib. Mağazalarda, hətta “Endirim plakatlarının” yığışdırılması və “Online endirm kampaniyaları”nın dayandırılması belə qeyd olunub.
Ticarət obyektlərinin sahibləri FEDjaz-a bildirib ki, məhz bu səbəbdən indi demək olar ki, heç bir AVM-də endirim kapaniyası keçirilmir, hətta internetdəki endirim kampaniyaları da dayandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən gələn göstərişdə bu tədbirlərə əməl etməyən obyektin cavabdeh şəxsləri barəsində ciddi tədbirlərin gürlməsi barədə də xəbərdarlıq edib.
Sözügedən məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən FED.az-a bildirilib ki, endirim kapaniyalarının qadağan ediləsi ilə bağlı heç bir göstəriş daxil olmayıb. İsrafil Kərimov FED.az-a bildirib ki, belə bir göstəriş verilməyib. Amma ticarət obyektlərinin sahibləri belə bir göstərişin olması və onlara belə təlimatın verilməsi barədə məlumatı təsdiqləyiblər.