6-7 noyabrın 2019-cu il tarixlərində Bakıda I Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi və Forumu keçiriləcək.
FED.az xəbər verir ki, sözügedən sərgi tibb innovasiyalarını əhatə edən və Qafqaz regionunda keçirilən ən böyük tədbirlədən biridir.
Eləcə də bax: Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları - ARTIB
Sərgi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq, həm bazar liderlərinin, həm də gənc startapların ən müasir layihələrini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını əks etdirən İnnovasiya Zonası təşkil olunacaqdır.
Sərgidə Belarus, Azərbaycan, Avstriya, Almaniya, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdən qatılan iştirakçılar öz məhsullarını və xidmətlərini təqdim edəcəklər.
Sərginin təşkilatçıları Belarusun Azərbaycandakı səfirliyi və Belarus Xarici İşlər Nazirliyinin Milli Marketinq Mərkəzidir.
Ted.az