Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC 2018-ci ili 4,486 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 56,2% azdır.
Eləcə də bax: “Baktelekom” - dan 400 minlik – MÜQAVİLƏ
Ötən il “Bakı Telefon Rabitəsi”nin göstərdiyi xidmətlərdən gəliri 69,698 milyon manat (əvvəlki ilə nisbətən 2,7% çox), xidmətlərinin maya dəyəri 38,055 milyon manat (7,7% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 25,912 milyon manat (14,3% az), digər əməliyyat gəlirləri 1,025 milyon manat (92,5% az), maliyyə xərcləri 664 min manat (60% çox), mənfəət vergisi ödəmələri isə 1,606 milyon manat (70% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Telefon Rabitəsi”nin aktivləri 116,093 milyon manat olub ki, bu da illik müqayisədə 3,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,8% artaraq 29,1 milyon manata, balans kapitalı isə 1,1% artaraq 86,993 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında 2017-ci ildə yaradılıb.
Renkinq