Banner

İKT

«Bakcell»in tarif paketlərinə - DƏYİŞİKLİK EDİLİB

«Bakcell»in tarif paketlərinə - DƏYİŞİKLİK EDİLİB | FED.az
09:17 17 Sen 2019

«Bakcell» şirkəti bəzi tarif paketlərində dəyişiklik edib.

FED.az-ın məlumatına görə, «Bakcell» MMC abunəçilərin nəzərinə çatdırır ki, 27 sentyabr 2019-cu il tarixdən etibarən şirkətin «DaimOnline» tariflərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək.

«DaimOnline6» tarifi çərçivəsində abunəçilərə hər ay verilən 2GB internet əvəzinə, 3 GB internet trafiki veriləcək.

Həmin tarifdə limitsiz «WhatsApp» istifadəsi yalnız mətn mesajlarına şamil ediləcək.

«Daim Online10» tarifi çərçivəsində sosial media üçün nəzərdə tutulmuş internet həcmi 5GB təşkil edəcək və abunəçilərə hər ay 100 şəbəkədaxili dəqiqə veriləcək.

«DaimOnline20» paketi ləğv ediləcək və bu paketin abunəçiləri «DaimOnline10» tarifinə keçiriləcək.

Bütün dəyişikliklər barədə ətraflı məlumat abunəçilərə SMS vasitəsilə göndəriləcək.

Digər xəbərlər

Banner