Azərbaycanda fəaliyyət göstərən mobil operator “Bakcell” MMC-nin Direkorlar Şurasında dəyişiklik baş verib.
Eləcə də bax: “Azərbaycan İnvestisiya Şirkəti”nin rəhbərliyinə - TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ildən NEQSOL Holding-in Telekom Rəhbəri vəzifəsində çalışan Vasil Latsaniç Holding-in tərkibində fəaliyyət göstərən Bakcell şirkətinin ali idarəetmə orqanı olan Direktorlar Şurasının Sədri təyin edilib.
V.Latsaniç həmçinin NEQSOL Holding-ə məxsus olan Vodafone Ukrayna telekommunikasiya şirkətinin Direktorlar Şurasının üzvüdür.
V.Latsaniç, bu vəzifədə Lotar Haynrix Andreas Paulini əvəzləyib. L.H.A.Pauli isə Bakcell şirkətinin Direktorlar Şurasının üzvü olaraq qalır.
NEQSOL Holding-ə qoşulmazdan öncə, V.Latsaniç 2018-2020-ci illərdə 40 milyon müştəriyə xidmət göstərən, mobil və sabit telekommunikasiya operatoru olan Beeline Rusiya şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışıb. 2017-ci ildə o, Niderlandda yerləşən VEON beynəlxalq telekommunikasiya qrupunun Vitse-Prezidenti vəzifəsində çalışıb. Daha əvvəl isə V.Latsaniç 16 il ərzində müxtəlif ölkələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
Hazırda Bakcell şirkətinin ali idarəetmə orqanında Yusif Cabbarov Sədr müavini, Riçard Şirer, İlter Terzioglu, Cenk Serdar Direktorlar Şurasının üzvləridirlər. Rayner Ratgeber şirkətin Baş İcraçı Direktorudur