“Azərbaycan Respublikasının ərazisində elektrik enerjisinin təchizatında yaranmış problemlə əlaqədar olaraq ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələr yaranıb”.
“Bakcell”dən FED.az-a verilən xəbərə görə, dayanıqlı mobil rabitə xidmətlərin bərpa edilməsi istiqamətində bir sıra tədbirlər görülüb və xidmətlərin kəsintisiz göstərilməsi təmin edilib.
“Buna baxmayaraq, ölkə ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunana kimi mobil rabitə xidmətlərinin göstərilməsində fasilələr yarana bilər. “Bakcell” baş verə biləcək rabitə kəsintilərinin tez bir zamanda aradan qaldırılması üçün bütün lazımi tədbirlər görəcək,” – deyə şirkətdən bildirilib.