Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “ASAN Kadr” Karyera mərkəzinin 2-ci Karyera sərgisində iştirak edib.
FED.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində keçirilmiş sərgidə, ümumilikdə 80-dən çox müəssisə təmsil olunub. Karyera sərgisinin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların işlə təmin olunmalarına dəstək göstərmək, habelə müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.
Sərgi zamanı gənclərə Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir.
Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.
“Bakcell”dən gənclərin məşğulluğunun artırılmasına -NÖVBƏTİ TÖHFƏ
18:47
13 Mart 2019