Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl bayramı ilə əlaqədar olaraq “ASAN Məktub” layihəsinin növbəti təşəbbüsündə iştirak edib.
Şirkətdən FED.az-a verilən məlumata görə, “ASAN Məktub” layihəsi bu dəfə Bakcell şirkətinin və “Personaj Agency”nin tərəfdaşlığı ilə leykemiyadan əziyyət çəkən 20 uşağı sevindirib. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub.
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.
“Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.