Bakcell
Merçendayzinq üzrə bölmə rəhbəri
Vakansiya haqqında
İdarə : Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 01.04.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Satışdan əldə olunan dövriyyənin və pərakəndə satışın yüksək gəlirliliyinin artımını fəal şəkildə təşviq etmək
* Starteji satış və merçendayzinq istiqamətlərini inkişaf etdirmək
* Səmərəli satış əməliyyatlarının təmin olunması məqsədilə diler/sub-diler şəbəkəsi ilə əməkdaşlığı inkişaf etdirmək
* Yüksək dövriyyənin əldə olunması məqsədilə Bakcell məhsullarının çeşidinin (cihazlar, telefonlar və s.) mütəmadi olaraq təchiz edilməsi prosesini əlaqələndirmək və bazarda məhsullara olan tələbatı proqnozlaşdırmaq
* Əsas səmərəlilik göstəricilərini davamlı olaraq monitorinq etmək və nəticələrə əsaslanaraq lazımi qərarlar vermək
* Merçendayzinq üzrə büdcəni planlamaq və nəzarət etmək
* Satış məntəqələrinin material və məhsullara olan ehtiyaclarını təhlil etmək, onlardan əldə olunacaq gəlir və xərcləri müəyyənləşdirmək və monitorinq etmək
* Səmərəli və davamlı merçendayzinq fəaliyyətlərinin təmin olunması məqsədilə regional/rayon diler və sub-dilerlər ilə əlaqələri genişləndirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Ali Təhsil (Biznesin İdarə edilməsi və ya İqtisadiyyat üzrə təhsil üstünlük hesab olunur)
* Merçendayzinq və ya pərakəndə satış üzrə FMCG və ya telekommunikasiya sahəsində ən azı 5 il iş təcrübəsi
* Satış və merçendayzinq sistem və prosesləri ilə işləmə təcrübəsi
* Komanda idarə etmə üzrə ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Danışıqlar apara bilmə və təqdimat etmə bacarığı
* İdarəetmə qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* MS Office proqramlarını bilmək
* Bölgələrə səfər etmə imkanı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Merçendayzinq üzrə bölmə rəhbəri’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.