Bakcell
Pərakəndə satış üzrə mütəxəssis (Beyləqan, Ağcabədi və Bərdə)
Yalnız Beyləqan, Ağcabədi və Bərdə regionları və ya yaxın ərazilərdə yaşayan namizədlər nəzərə alınacaqdır
Vakansiya haqqında
İdarə : Satış
Şöbə : Pərakəndə Satış
İş qrafiki : Standart
İş yeri : Beyləqan, Ağcabədi və Bərdə regionları
Son müraciət tarixi : 15.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
*Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
*Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
*Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
*Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
*Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
*Mobil satış kampaniyalarının genişləndirilməsi məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
*Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək
*Yeni dilerlərdən bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək
*Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
*Müvafiq bazar araşdırmaları aparmaq
*Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
*Müvafiq hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Ali təhsil
*Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
*Detallara diqqət yetirmə qabiliyyəti
*Qərar qəbul etmə bacarığı
*Danışıqlar apara bilmək qabiliyyəti
*Nəticə yönümlü
*Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
*MS Office Proqramlarını bilmək
*‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis’’ (Beyləqan, Ağcabədi və Bərdə) qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.