Merçendayzinq üzrə Baş Mütəxəssis
Vakansiya haqqında
İdarə : Satış
Şöbə: Pərakəndə Satış
Bölmə:Merçendayzinq
İş qrafiki :Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 08.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Distribüter, diler, subdiler və digər bazar iştirakçıları ilə sıx şəkildə əlaqə saxlamaq
* Dilerlərin satış hədəflərinə uyğun məhsulların miqdarını təyin etmək
* Dilerlərin tam potensial ilə fəaliyyətini təmin etmək məqsədilə müvafiq təhlillər aparmaq
* Müştərilərin məhsullara olan münasibəti və rəqiblərin fəaliyyəti ilə bağlı bazar araşdırması aparmaq
* Satışı təhlil etmək və proqnozlaşdırmaq
* Yüksək satış potensialına malik olub lakin zəif satış nəticələri göstərən satış məntəqələrinin monitorinqini aparmaq və tam potensial ilə fəaliyyətini təmin etmək
* Məhsulların şirkət standartlarına uyğun qablaşdırılması, nişanlanması və əlverişli yerləşdirilməsini təmin etmək
* Satış məntəqələrində şirkətin öz məhsullarına təyin etdiyi qiymətləri təmin etmək və onlara nəzarət etmək
* Gəlirin artırılması məqsədi ilə dilerlərə xüsusi tariflərdə dəstək göstərmək
* Mobil rabitə bazarı üzrə mütəmadi olaraq məlumatlar toplamaq və yoxlamaq
* Xüsusi promo kampaniyaların/məhsulların bazarda irəliləmə siyasəti üzrə müştərilərin rəyini öyrənmək
* Müşahidələri rəhbərliyə yönləndirmək, zərurət olduğu halda xüsusi kampaniyaları davam etdirmək və dayandırmaq
* Diler/Subdilerləri ziyarət etməklə müştərilərlə əlaqələr saxlamaq və sualları cavablandırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* İqtisadiyyat, Biznesin İdarəedilməsi, Marketinq və ya Maliyyə üzrə Ali təhsil
* Satış və ya Ticari Marketinq sahəsində 2-3 il iş təcrübəsi (Merçendayzinq sahəsində təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Rəqabət yönümlü təhlil aparma qabiliyyəti
* Analitika qabiliyyəti
* Hesabatlar hazırlamaq bacarığı
* Detallara diqqət yetirmə qabiliyyəti
* Qərar qəbul etmə bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* Nəticə yönümlü
* Proqnozlaşdırma bacarığı
* Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək
* MS Office Proqramlarını bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Merçendayzinq üzrə Baş Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.