Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha çox abunəçisinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlana bilməsi üçün 4G LTE əhatə dairəsini genişləndirir.
“Bakcell”in 4G xidməti artıq Bakı və Abşeron yarımadası, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir.
“Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı, Abşeron və Gəncə sakinləri ilə yanaşı ölkənin 30-dan çox bölgəsində yaşayan müştərilərimiz Bakcell şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər. Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsində və dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində
15:41
19 İyul 2018