Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ABŞ-ın
Azərbaycandakı Səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən Dahilərin
olimpiadasında iştirakına dəstək göstərib.
ABŞ-ın Nyu-York ştatında SUNY Oswe)GO Universitetində keçirilmiş IX Genius olympiad
(Dahilərin olimpiadası) müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri
Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. Onlar tədbirdə “LE)GO technic” vasitəsilə yaratdıqları
“RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd
təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes”
kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800
nəfərdən çox şagird qoşulub.
Bakcell şirkəti gənclərin təhsili və inkişafına, həmçinin Azərbaycanda startap mühitinin
yaxşılaşmasına mütəmadi olaraq dəstək göstərir. Şirkət Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND
Inkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata
keçirir. Həmçinin, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması
ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell
şirkətinin AppLab proqramından dəstək alırlar. Bu mühüm layihələr ölkənin bütün startap
ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin
formalaşdırılmasında böyük rol oynayir.
Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib
14:28
8 Avq 2019