Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti biznes internet paketləri üzrə qiymətləri kəskin artırıb.
FED.az xəbər verir ki, qiymətlərin artımı ilə bağlı məlumatı şirkət müştərilərə mesaj vasitəsi ilə çatdırıb. Mesajda qeyd olunur: 29.11.2019-da biznes internet paketlərində qiymət dəyişəcək.
Eləcə də bax: «Azərbaycanda 5G-dən istifadə imkanları məhduddur» - «BAKCELL»İN RƏHBƏRİ
Yenilənmə zamanı sizin 10GB-lıq paket 12 AZN olacaq. 10GB bitəndən sonra xidmət 250MB/1AZNilə hesablanacaq. Bakcell sizə sərfəli qiymətə ən yüksək sürətli mobil internet təqdim etməyə davam edir. Qeyd edək ki, “Bakcell”in təqdim etdiyi 10GB biznes internet paketinin qiyməti 9 AZN olub. Biznes paketlərində olan dəyişiklikdən sonra bu rəqəm 12 manat olacaq. Bu isə 33% artım deməkdir.