Azərbaycanın aparıcı mobil operatorlarından olan «Bakcell» şirkəti «099»la başlayan «xüsusi» və «eksklüziv» nömrələri istifadəyə verib.
Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə «Klass 25» və «Klass 50» tarifləri ilə təklif olunur. Şirkət bildirir ki, «istifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək» yeni nömrələr iyunun 29-dan etibarən satışdadır.
Şərtlərə görə, «Bakcell» «099»la başlayan nömrələri rəqəmlərin konfiqurasiyasına görə bir neçə qrupa bölüb. Bunlar «Sadə» (qiyməti 3 manatdan başlayır), «Bürünc» (100 manatdan), «Gümüş» (200 manatdan), «Qızıl» (700 manatdan) və «Platin» (qiyməti 2400 manatdan başlayır).
«Bürünc» və «Gümüş» nömrələri alanlar 3 aylıq «Klass 25» ödənişi, «Qızıl» nömrələri alanlar 6 aylıq «Klass50» ödənişi, «Platin» nömrə alanlar isə 12 aylıq «Klass50» ödənişi alacaqlar.
Platin nömrələr aşağıdakılardır – onların qiyməti 2400 manatdan başlayır.