Sosial şəbəkələrdə “Aztelekom” MMC-nin rəsmi loqosundan istifadə edilməklə ictimaiyyəti çaşdıra biləcək yanlış və həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb.
FED.az xəbər verir ki, saxta paylaşımlarda bildirilir ki, guya "Aztelekom" tərəfindən elektron sorğu keçirilir, istifadəçilər arasından təsadüfi yolla bir neçə nəfər seçilir və onlara qiymətli hədiyyələr qazanmaq imkanı təklif edilir.
Eləcə də bax: "Dövlət şirkətinə qarşı vətəndaşlarda - HİDDƏT HİSSİNİ YARATMAĞA ÇALIŞIRLAR"
İddia olunur ki, guya şirkət sorğunu müştərilərini daha yaxşı anlamaq, öz zəif və güclü tərəflərini qiymətləndirmək üçün aparır. Bir neçə suala cavab verənə isə, “tərəfdaşlar” və “sponsorlar” tərəfindən qiymətli hədiyyələr verilir.
”Aztelekom” rəsmi olaraq bildirir ki, yayılan bu tip paylaşımlar uydurmadır və həqiqəti əks etdirmir. Layihələr və digər müştəri yönümlü tədbirlər haqqında məlumatlar şirkətin rəsmi “Facebook”, “Instaqram” və korporativ veb-səhifəsi vasitəsilə yayımlanır.
Apa