Azərbaycanda regional olaraq telefon rabitəsi və internet xidmətini həyata keçirən dövlət şirkətində yeni təyinat olub.
Eləcə də bax: “Aztelekom”a baş direktor təyin edilən xarici vətəndaş kimdir? - DOSYE
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Renat Rüstəmov “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
Qeyd edək ki, R.Rüstəmov 2021-ci ilin mayında “Aztelekom”a təyinat almışdı.
O bundan öncə “Sumqayıt Texnologiyalar Parkı” və “Yalama Agropark”da çalışmışdır.