Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) və “Şimal-Şərq Regional Filialı"nın müdiri Nəriman Salmanov vəzifəsindən azad edilib.
Eləcə də bax: “Nokia”nın Azərbaycan üzrə rəhbəri dəyişdi – TƏYİNAT
FED.az xəbər verir ki, onun yerinə Nazim Əliyev təyin olunub.
O, bu təyinata qədər nazirliyə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin (“Baktelekom”) 1 saylı rabitə xidmətləri mərkəzinin rəisi işləyib.
Bundan başqa, “Aztelekom”un “Cənub Regional Filialı” yaradılıb və filiala rəhbərlik Salyan Telekommunikasiya Qovşağının rəisi Elxan Kərimova həvalə edilib. Onun indiyəqədərki vəzifəsinin icrası isə müvəqqəti olaraq müavinə tapşırılıb. (Report)