Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ən iri rabitə müəssisələrindən olan «Aztelekom» İstehsalat Birliyinə iri vəsait yatırmaq niyyətindədir.
Eləcə də bax: İlham Əliyev bank prezidentilə videokonfrans keçirdi - PLANLARI AÇIQLADI - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə aprelin 28-də prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransda bildirilib.
Görüşdə AYİB rəhbəri Suma Çakrabarti bankın Azərbaycanda planlaşdırılan bəzi investisiya layihələri ibarədə məlumat verib. Onun sözlərinə görə, bunlardan biri «Aztelekom»dur: «Aztelekom» şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq».