«Aztelekom» özəl internet provayderlərinin qurumun ünvanına səsəndirdiyi ittihamları və şikayətləri əsassız hesab edir.
“Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə iş qaldırıldı - QİYMƏTLƏR İLƏ MANİPULYASİYA
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
«Aztelekom» MMC olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin özəl internet provayderlərindən daxil olmuş şikayətlər əsasında başladığı araşdırma ilə bağlı bildiririk ki, həmin internet provayderlərinin şikayətlərini əsassız hesab edirik»-deyə şirkətin açıqlamasında bildirilir.
«Aztelekom» elan edib ki, artıq bununla bağlı müvafiq məlumatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edib.
«Məlumat üçün bildirək ki, “Aztelekom” MMC-nin gördüyü işlər respublikada rabitə xidmətlərinin keyfiyyətinin artırılmasına, 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər genişzolaqlı texnologiyalar əsasında sürətli internetlə təmin edilməsinə, bütövlükdə cəmiyyətin rəqəmsal inkişafına xidmət edir»-deyə qurumun açıqlamasında deyilir.