“Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərinin istifadəçilərinin 15 mbit/s və 30 mbit/s tarif paketlərinə köçürüləcəyini elan edib.
FED.az xəbər verir ki, “İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON(Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək”, - deyə məlumatda bildirilir.