“AzlnTelecom” bulud texnologiyalarına çıxışın asanlaşdırılması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq edir.
SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “InMerge” innovasiya sammitində “AzlnTelecom” MMC İdarə Heyətinin sədri Elxan Əzizov bildirib.
Şirkətin rəhbəri deyib: “Biz bulud texnologiyası provayderiyik. Həm dövlət, həm də özəl təşkilatlar üçün infrastruktur təmin edirik. Özəl sektordan, o cümlədən bir çox kiçik və orta müəssisədən 100-dən çox müştərimiz var. Bu yaxınlarda bizi beynəlxalq bulud provayderləri ilə bərabər səviyyəyə qaldıran və bulud texnologiyalarını yerli şirkətlər üçün daha əlçatan və funksional edən ictimai bulud platformamızı işə saldıq. Bu, əsas sahələrdən biridir və biz bulud texnologiyaları ilə bağlı öz xidmətlərini yerləşdirmək üzrə böyük xərcləri ödəyə bilməyən kiçik şirkətlərə kömək məqsədilə dövlət qurumları ilə işləyirik”.
O vurğulayıb ki, “AzlnTelecom”un mühüm layihələrindən biri də biometrik autentifikasiyaya əsaslanan SİMA elektron sistemidir.
E.Əzizov əlavə edib: “Hazırda bizdə artıq 2,5 milyon tətbiq yükləməsi var və gündəlik olaraq sistemə 40 minə yaxın istifadəçi qoşulur”.
Bulud texnologiyaları təsnifi rəqəmsal məlumatların işlənməsini təmin edir. Onların vasitəsilə kompüter resursları internet istifadəçisinə onlayn xidmət kimi təqdim olunur. (Azərtac)