Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)
ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin
inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir.
“AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator
qismində bu sahədə fəaliyyət göstərir.
Eləcə də bax:Bakıya gələn avtobuslarla bağlı məlumat - İNTERNETDƏ OLACAQ
FED.az xəbər verir ki, ilkin mərhələdə təhsil ocaqlarına və tələbələrə
lisenziyaların paylanmasına başlanılıb. Növbəti addım olaraq, dövlət
qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsaslanaraq
lisenziyalar paylanılır. Qısa müddət ərzində 10-dan çox dövlət qurumuna
“Microsoft Windows 10”, “Microsoft Server” və “Microsoft 365” tam
ödənişsiz olaraq təqdim olunub. Bu istiqamətdə işlər daha intensiv şəkildə
davam etdirilir və avqust ayının sonuna qədər bütün dövlət orqanlarının
ödənişsiz lisenziyalaşdırılması planlaşdırılır.
Hazırda dövlət qurumları “www.govlicense.az” saytına daxil olaraq
müvafiq lisenziyaları rahat şəkildə vahid pəncərədən idarə edə bilərlər. Bu
da ümumilikdə ölkə üzrə proqram təminatlarından qeyri-qanuni şəkildə
lisenziyasız istifadə səviyyəsinin azalmasına gətirib çıxaracaq.
“AzInTelecom”dən dövlət orqanlarına ödənişsiz - “MİCROSOFT” LİSENZİYALARI
16:50
5 Avq 2019