AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai “bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır.
FED.az xəbər verir ki, əsasən, fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və startaplar üçün nəzərdə tutulan “AZINCLOUD”da onlayn qeydiyyatdan keçərək qısa müddətdə öz “bulud” infrastrukturunu yaratmaq mümkündür. Xidmət çərçivəsində məlumatlar və informasiya sistemləri daha az xərclə və sürətli şəkildə idarə oluna bilir. Platformada istənilən vaxt, istənilən yerdən məlumatlara çıxış imkanı mövcuddur.
Qlobal “bulud” provayderləri ilə müqayisədə “AZINCLOUD”u seçməyin üstünlükləri aşağıdakılardır:
- Məlumatlar xarici serverlərdə deyil, ölkə daxilində saxlanılır;
- “AZINCLOUD”da hüquqi əsaslar yerli qanunvericiliyə uyğun tənzimlənir;
- Azərbaycan dilində olan platforma sadə interfeysə malikdir;
- Vətəndaşlara rahat istifadə imkanı yaradır;
- Tətbiq olunmuş qiymətlər yerli bazara uyğunlaşdırılıb;
- Yerli valyuta ilə ödəniş nəticəsində əlavə komissiyalardan azad olunma;
- 24/7 müştəri dəstəyi xidməti mövcuddur.
“AZINCLOUD” yerli bazarın tələblərinə uyğun, təhlükəsiz, sərfəli və rahat “bulud” həlli təqdim etməklə, ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və istifadəçilərin müasir texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır. Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.









