Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun “Deep Security” həllini müştərilərinə təklif edir.
“Trend Micro Deep Security” həllinin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir.
Güclü, rahat, avtomatlaşdırılmış. Bu, bulud infrastrukturunun təhlukəsizliyini təmin etmək üçün aparıcı həll olan – “Deep Security”-nin əsas xüsusiyyətləridir!
İstifadəçi təhlükəsizlik həllini əlverişli icarə əsasında əldə edərkən “Deep Security” infrastrukturunun quraşdırılmasına vaxt sərf etmədən şəxsi serverlərin kompleks təhlükəsizliyini təmin edəcək.
Belə ki, “AZCLOUD” bulud provayderi müştərilərinə “Deep Security” həllini istifadə üçün tam hazır və optimallaşdırılmış bir xidmət kimi təklif edir.
Həllin konfiqurasiyalarının quraşdırılması və yenilənmə işlərini "AZCLOUD"-un sertifikatlaşdırılmış mütəxəssisləri yerinə yetirəcək.
Qeyd edək ki, “Trend Micro” bulud infrastrukturunun və serverlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində ixtisaslaşan beynəlxalq şirkətdir, onun məlumat təhlükəsizliyi həlləri dünyanın onlarla ölkəsində beş yüz mindən çox şirkət tərəfindən istifadə edilir.
"Azİn Telecom"dan Şirkətdən kibertəhlükəsizliyə qarşı "Deep Security" - TƏKLİFİ
17:21
7 Mart 2019