FED.az məlumat verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir
Eləcə də bax: Bu il Azexport.az portalına 400 mln. dollara yaxın ixrac sifarişləri - DAXİL OLUB
. Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün Azexport portalı ixracatçı sahibkarlara nəqliyyat, loqistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Portal yerli məhsullar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır.
Prezident İlham Əliyev Azexport portalı ilə bağlı çıxışında qeyd edib ki, Azexport portalının yaradılması ilə “Made in Azerbaijan” brendi dünyada təbliğ edilir, qeyri-neft sektoru inkişaf edir. O həmçinin vurğulayıb ki, yeni ixrac bazarlarına çıxış təmin edilməli, ənənəvi ixrac bazarlarına daha geniş məhsulla çıxmalıyıq.
Azexport portalı həm tələbin təklifi həm də təklifin tələbi formalaşdırdığı unikal imkanlar yaradan platformadır. Belə ki, təklifin tələbi formalaşdırdığı istiqamətdə “Made in Azerbaijan” məhsullarının Portala yerləşdirilməsi nəticəsində xarici bazarlarda bu məhsullar barədə daha öncə heç bir məlumatı olmayan şəxslər portal və eyni zamanda onun inteqrasiya olunduğu platformalar vasitəsilə bu məhsullar barədə məlumat əldə edirlər və portala yeni ixrac sifarişləri daxil olur.
Tələbin təklifi formalaşdırması istiqamətində isə mövcud olan bir alət Google Market Finder alətidir. İstehsalçılar Google Market Finder vasitəsilə hansı ölkələrdən hansı məhsullara daha çox axtarış verildiyini görə bilir və onlar hansı məhsulun daha ixracyönümlü olduğuna qərar verə bilirlər və öz fəaliyyət istiqamətini aydınlaşdırırlar.
Azexport portalının inteqrasiya olunduğu platformalar
Azexport portalı “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda elektron ticarət platformaları üzərindən təşviqinin aparılması üçün dünyanın müxtəlif istiqamətlərində fəaliyyət göstərən ən məşhur ticarət platformalarına inteqrasiya olunub. Azərbaycan istehsalı olan məhsulların dünya bazarına çıxış imkanlarını artıraraq onların satış əhatəsini genişləndirir. Belə ki, amazon.com, alibaba.com, all.biz, Go4worldbusiness.com kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub.