Azərbaycanın beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. FED.az xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. “AzerTelecom” özündə dünyanın 70 ölkəsindən 5 mindən çox şirkəti birləşdirən Caspian European Club-un fəal iştirakçısıdır və biz mövcud əməkdaşlığımızdan məmnunuq”, - deyə Telman Əliyev bildirib.
“AzerTelecom” MMC-nin baş direktoru Fuad Allahverdiyev region üçün 9-cu Beynəlxalq Caspian Energy Forum-2019 kimi mühüm və gözlənilən əlamətdar hadisə çərçivəsində əməkdaşlığı faydalı hesab edir. Onun sözlərinə görə, “AzerTelecom” şirkəti uzun illərdir Caspian European Club-u dəstəkləyir və keçirilən biznes-forumlarda fəal şəkildə iştirak edir.
Caspian Energy Forum-2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak dəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, dövlət komitələrinin, agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.
Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
“AzerTelecom” haqqında: Azərbaycanın aparıcı magistral internet provayderi AzerTelecom şirkəti ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.
“AzerTelecom” Caspian Energy Forum Baku – 2019-un partnyoru oldu
12:58
5 Avq 2019