Növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin dəyəri 10 milyon dollardan az olacaq.
Azərbaycanın 4-cü peykini orbitə İlon Maskın şirkəti - BURAXA BİLƏR
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.
"Peykin dəyəri onun çəkisindən asılı olaraq dəyişir. İlon Maskın rəhbərlik etdiyi ABŞ-ın "Space X" şirkəti bazara daxil olduqdan sonra bu sahədə qiymətlər enib. “AzerSky 2” hələlik hazır olmadığı və tender keçirilmədiyi üçün dəqiq rəqəm söyləmək çətindir. Amma peykin dəyərinin bir neçə milyon dollar olacağı gözlənilir" - deyə Agentlikdən deyilib.
Qeyd edək ki, “AzerSky 2" peykinin 2025-ci ildə orbitə buraxılması planlaşdırılıb. (Apa)