Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev vəzifəsindən azad edilib.
Eləcə də bax: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə - Müşavir Təyinatı
FED.az xəbər verir ki, şirkətə rəhbərlik ötən aydan baş direktorun müavini olan Əfqan Cəlilova həvalə olunub.
Xatırladaq ki, Ə.Cəlilov “Azərpoçt”dan əvvəl uzun illər hazırda ləğv prosesində olan “AGBank” ASC-nin İdarə Heyətinin sədri olub.
Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb. Beləliklə, hazırda milli poçt operatorunun rəhbərliyində 3 nəfər təmsil olunur.