Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.
Eləcə də bax: "Azərpoçt" agent bankçılıq layihəsində - XİDMƏT GÖSTƏRƏCƏK
FED.az xəbər verir ki, qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.
Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.
Beləliklə, Əfqan Cəlilov “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.
Dövlət şirkətindən faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək. (Report)