Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) həftənin bazar günü də fəaliyyət göstərəcək.
Eləcə də bax: Sahil Babayev 190 manatın vətəndaşlara çatacağı – VAXTI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məlumat verib. Onun sözlərinə görə, məqsəd Azərbaycan höküməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.
Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günü 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də, həmişə olduğu kimi bazar günü həmin saatlarda vətəndaşların xidmətindədir.