2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti 9,9 milyon manat, xalis mənfəəti isə 4,5 milyon manat təşkil edib.
"Azərpoçt"un Laçın, Cəbrayıl və Əsgəranda poçt şöbələri açılacaq
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 14 % və 2,2 % azdır.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 586,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 5 % azalaraq 520,9 milyon manata düşüb, balans kapitalı isə 15 % artaraq 65,3 milyon manata çatıb.
Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur. (Report)