Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Azərbaycanda başlanan genişmiqyaslı yardım kampaniyasına dəstək verir.
“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən - KOMİSSİYA TUTMAYACAQ
FED.az xəbər verir ki, bu gündən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır.
Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.
Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.
Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.
Yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə olunur:
Geyimlər
palto
plaş
papaq, şərf
əlcək
qış ayaqqabıları
isti üst geyimləri
alt paltarları
Digər əşyalar
çadır
döşək
yorğan
yastıq
termos
uşaq bezləri
əl fənəri
generator
"Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik".