Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan “Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.
FED.az xəbər verir ki, bu barədə müəssisədən bildirilib.
Eləcə də bax: “Samsung”dan “Azərpoçt”un ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi - AÇIQLAMA
MMC-dən qeyd olunub ki, layihə "Mastercard" beynəlxalq kart təşkilatı ilə birgə icra olunacaq.
“Müştərilərin istəyindən asılı olaraq, hazırda istifadədə olan kartlar təmassız kartlarla əvəz oluna bilər”, - deyə "Azərpoct"dan bildirilib.
Qeyd edək ki, bu günədək "Azərpoçt" tərəfindən 250 mindən çox kart emissiya olunub.
Apa