"Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni poçt şöbələri qurulacaq və artıq onların yerləri müəyyən edilib".
Eləcə də bax: “Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum həmin filiallarda maliyyə xidmətləri də göstərmək istəyir və bunun üçün Azərbaycan Mərkəzi Bankından (AMB) yeni lisenziyalar almaq niyyətindədir:
“Azərpoçt”un filial şəbəkəsi daha genişdir. Amma bütün filiallara maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verilməsi AMB-nin səlahiyyətindədir”, - deyə o, qeyd edib. (Report)