Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC "PostPay” ödəniş sistemini öz brendi altında inkişaf etdirəcək.
FED.az xəbər verir ki, bunu Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.
Eləcə də bax: "Azərpoçt" təmassız kartlar - EMİSSİYA EDƏCƏK
Mərkəzdən bildirilib ki, sistem ilk dəfə olaraq MHM tərəfindən “SmartPay” brendi altında təqdim olunub.
“Hazırda brendin sahibi “Azərpoçt”dur və tədricən sistemin həm mobil əlavəsi, həm də internet səhifəsi bu qurumun ixtiyarına veriləcək”, - deyə Mərkəzdən qeyd ediblər.
"PostPay” mobil əlavəsi vasitəsilə istifadəçilər kommunal, internet, mobil və stasionar rabitə və digər xidmət haqlarını ödəyə bilir. Gələcəkdə bu əlavə üzərindən pul göndərmək və QR ödənişlər aparmaq kimi imkanlar da yaradılacaq.
Apa