Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC ) ilə tərəfdaşlığa başlayıb.
Eləcə də bax: Azərbaycanda poçtun yaradılmasından - 202 İL ÖTÜR
"Azərpoçt"dan FED.az-a verilən məlumata görə, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.
Layihəyə əsasən, IFC elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında "Azərpoçt"la birgə çalışacaq.