Azərbaycan poçt operatoru "Azərpoçt" MMC-nin yeni "Postman" adlı yeni mobil poçtalyon xidməti gələn ildən etibarən istifadəyə veriləcək.
FED.az xəbər verir ki, MMC-dən verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar həm maliyyə əməliyyatlarını həyata keçirə, həm də poçt və digər xidmətlərdən yararlana biləcəklər.
Eləcə də bax: "Azərpoçt" təmassız kartlar - EMİSSİYA EDƏCƏK
“"Postman" xidməti poçtalyonların işini asanlaşdırmaq və vətəndaşlara daha operativ xidmət göstərmək məqsədini daşıyır. Bu xidmətin gələn il istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə MMC-dən bildirilib.
Göstəriləcək xidmət çərçivəsində poçtalyonlar xüsusi POS-terminallarla təchiz olunacaq ki, bu cihazlar vasitəsilə göstərilən poçt xidmətlərini (pul köçürmələri, məktub və bağlama göndərişləri və s.), nağdsız qaydada da ödənişlərin aparılması mümkün olacaq.
Apa