Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günləri ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
FED.az “Azərpoçt”un iyunun 26, 27, 28, 29-da və iyulun 2-də respublika üzrə fəaliyyət göstərəcək şöbələrinin siyahısını təqdim edir:
• 1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00;
• 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00;
• 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00;
• 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00;
• Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00.
İyunun 30-da isə istehsalat zərurətilə əlaqədar olaraq qeyd edilən şöbələrlə yanaşı, aşağıdakı poçt şöbələri də adi iş rejiminə uyğun şəkildə fəaliyyət göstərəcək:
• 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25,33, 52 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 3 saylı poçt filialının 34, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-17:00;
• 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri,saat 10:00-17:00.
İyulun 1-də respublika üzrə bütün poçt şöbələri vətəndaşlara xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması, - təmin ediləcək.