İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC vətəndaşlara müraciət edib.
Eləcə də bax: “Azərlotereya” Türkiyənin “Demirören" şirkətinin idarəetməsində! - MÜQAVİLƏ İMZALANDI
FED.az xəbər verir ki, müraciətdə deyilir:
Martın 2-dən “Azərlotereya”nın təşkil etdiyi “Yeni Binqo” tirajlı lotereyasının keçirilməsinə xitam verilib. Lotereyada oynanılan və udulmayan iri pul mükafatları (“CekPot” 10 000 manat, ”MeqaPot” 49 000 manat, “Binqo” 47 000 manat, “Super Binqo” 23 000 manat və “Fortuna” 45 000 manat) cəmi 174 000 manat olmaqla 5 aprel 2021-ci il tarixdən etibarən “4+4” tirajlı lotereyasının “CekPot” pul mükafatına əlavə olunur və həftədə 3 dəfə olmaqla (bazar ertəsi, çərşənbə və cümə günləri) saat 21:00-da Space TV kanalı vasitəsilə yayımlanacaqdır. Lotereya biletlərini satış məntəqələrindən və www.azerlotereya.com internet saytı vasitəsilə əldə edə bilərsiniz”, - deyə o, qeyd edib.